Paşinyan hər etirazçıya qarşı bir qadın polis çıxardı - VİDEO

Paşinyan hər etirazçıya qarşı bir qadın polis çıxardı -    VİDEO
  07 May 2022    Oxunub:2767
Bu gün Ermənistan müxalifəti İrəvan küçələri ilə növbəti yürüşünü keçirib. AzVision.az xəbər verir ki, hazırda davam edən etiraz yürüşünü əvvəlkilərdən fərqləndirən əsas cəhət aksiyaya yalnız qadınların qatılmasıdır.
"Paşinyan" Paşinyana qarşı etiraz aksiyasına çıxdı - FOTO
Yerli medianın yaydığı məlumata görə yürüşdə bir neçə yüz erməni qadın iştirak edir. Onları isə əksəriyyəti qadınlardan ibarət olan hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət edirlər. Qadınlar kişilərdən fərqli olaraq radikal davranışlar sərgiləmədiyi üçün polislər etirazçılara heç bir maneə yaratmayıblar.

Bildirilir ki, ilk dəfə olaraq bu qədər polis qadının meydana çıxarılması da diqqət çəkən amildir.

Qeyd edək ki, bu gün müxalifət İrəvandan 120 kilometr aralıda yerləşən Vanadzor şəhərində də mitinqə başlayıb.



Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar hakimiyyətin yürütdüyü siyasətin ölkəni, dövlətçiliyi məhvə apardığını bəyan edirlər. Ona görə də müxalifət iqtidarın hakimiyyət kürsüsünü təhvil verməsini tələb edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan   Qadın   Yürüş  



Xəbər lenti