"Hər şey etməliyik ki, Ukraynada baş verənlər başqa ölkələrə keçməsin"

   "Hər şey etməliyik ki, Ukraynada baş verənlər başqa ölkələrə keçməsin"
  07 May 2022    Oxunub:740
NATO Ukraynanı güclü şəkildə dəstəkləyir, lakin alyans münaqişənin tərəfi olmayacaq. AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.
O “biz hər şeyi etməliyik ki, Ukraynada baş verənlər başqa ölkələrə keçməsin” ifadəsini də işlədib.

- Buna görə də biz ölkəyə heç bir NATO qoşunu göndərmirik. Biz Kiyevi qəti və kütləvi şəkildə dəstəkləyirik. Lakin NATO şəkildə münaqişədə tərəf sayılmır. Eyni zamanda, biz alyans üzvlərini qorumaq üçün birliyin şərq cinahındakı qoşunların və texnikanın sayını artırırıq. Almaniya bu işdə aparıcı rol oynayır, - Stoltenberq deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti