Şimali Koreya mayın ortalarında nüvə sınağı keçirəcək

Şimali Koreya mayın ortalarında nüvə sınağı keçirəcək
  07 May 2022    Oxunub:691
Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von məlumat verib. Onun sözlərinə görə, sınaq Cənubi Koreyanın yeni seçilən prezidenti Yun Sok Yolun andiçmə mərasimi ilə ABŞ Prezidenti Cozef Baydenin səfəri aralığındakı dövrə təsadüf edə bilər.

Yun Sok Yol mayın 10-da səlahiyyətlərinin icrasına başlayacaq, ABŞ Prezidenti isə mayın 20-22-də Seulda səfərdə olacaq.

Mayın 6-da ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Kalina Porter mayın ortalarında Şimali Koreyanın nüvə sınağı keçirəcəyini bildirmişdi. Ehtimal olunan tarixdə sınaq keçirilərsə, yeddinci olacaq. Altıncı sınaq 2017-ci ilin sentyabrında keçirilib.

AzVision.az



Teqlər: Koreya  





Xəbər lenti