Baş katib: “NATO Ukraynadakı münaqişə tərəfinə çevrilməyəcək”

      Baş katib:    “NATO Ukraynadakı münaqişə tərəfinə çevrilməyəcək”
  07 May 2022    Oxunub:917
“NATO Ukraynanı güclü şəkildə dəstəkləyir, lakin münaqişənin tərəfinə çevrilməyəcək”.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Biz hər şeyi etməliyik ki, Ukraynada baş verənlər başqa ölkələrə keçməsin. Ona görə də biz ölkəyə heç bir NATO qoşunu göndərmirik. Biz Ukraynanı dəstəkləyirik, lakin NATO şüurlu şəkildə münaqişə tərəfi deyil. Eyni zamanda, biz üzvlərimizi qorumaq üçün NATO-nun şərq cinahında qoşun və texnikanın sayını artırırıq. Almaniya bu işdə aparıcı rol oynayır”, - Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, NATO Moskvaya çox aydın siqnal verib ki, alyans ölkələrindən birinə hücum bütün 30 üzv dövlətə hücum olacaq.

AzVision.az



Teqlər: NATO  



Xəbər lenti