NATO: “Ukraynada müharibə daha çox itki ilə davam edəcək”

      NATO:    “Ukraynada müharibə daha çox itki ilə davam edəcək”
  07 May 2022    Oxunub:870
Ukraynadakı müharibə yaxın həftələrdə həlledici mərhələyə keçəcək.
NATO baş katibinin müavini Mirça Coane bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin həlledici mərhələsinə qədəm qoyur. Bununla yanaşı, Coane vurğulayıb ki, Alyans müharibənin şiddətlənəcəyini və NATO-nun münaqişəyə cəlb olunacağını gözləmir.

“Biz hərbi baxımdan Rusiyanın xüsusən də NATO ilə münaqişəni gərginləşdirmək istədiyini və ya gərginləşdirə biləcəyini görmürük. Bəlkə də, NATO-nun şərq cinahında əhəmiyyətli əlavə qüvvələr səfərbər etməsi karıxdırıcı məqam oldu, tarixdə ilk dəfə olaraq şərq ölkələri üçün müdafiə planını işə saldıq”, - deyə Coane əlavə edib.

Onun sözlərinə görə, Ukraynada müharibə daha intensiv və daha çox itki ilə davam edəcək, lakin Rusiya ilə NATO arasında eskalasiya riski yoxdur.

AzVision.az



Teqlər: NATO  



Xəbər lenti