“Pəncə-Kilit” əməliyyatı: 73 terrorçu məhv edildi

      “Pəncə-Kilit” əməliyyatı:    73 terrorçu məhv edildi
  07 May 2022    Oxunub:902
“Pəncə-Kilit” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Türk əsgəri sərt hava və ərazi şəraitində terrorçularla mübarizə aparır.
xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, əməliyyatlar başladığı gündən indiyədək 73 terrorçu zərərsizləşdirilib. Onlara məxsus 102 mağara və sığınacaq dağıdılıb, kustar üsulla hazırlanmış 524 partlayıcı məhv edilib.

Bu ilin əvvəlindən Türkiyə sərhədlərində 2065 nəfərin tutulduğunu, 132 min 473 nəfərin isə ölkəyə girişinin qarşısının alındığını deyən nazir Akar hazırda ölkə sərhədlərində əsgər sayı, avadanlıq və texnika baxımından respublika tarixinin ən intensiv tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti