Putinə məxsus olduğu iddia edilən yaxta müsadirə edildi
Həbsdə olan Aleksey Navalninin tərəfdarları super yaxtanın Putinə məxsus olduğunu iddia ediblər.
ABŞ-ın “The New York Times” qəzeti keçən ilin mart ayında yaxta ilə bağlı ətraflı reportaj hazırlamışdı. Reportajda ən böyük yaxtalar dünyasında (onlardan cəmi 14-ü 140 metrdən uzundur) "Şəhrəzad"ın xüsusi yer tutduğu və kimə məxsus olmasının bilinmədiyi qeyd edilmişdi. Qəzetə danışan bəzi ABŞ rəsmiləri də yaxtanın Putinə aid ola biləcəyini müdafiə ediblər. Ötən həftə “New York Times” yaxtanın sanksiyalara məruz qalmaması üçün üzmək planlarından yazmışdı. Bu xəbərdən sonra İtaliya hökuməti yaxtanın aktivləri dondurulub.
İtaliya mətbuatının yazdığına görə, 140 metr uzunluğundakı 6 mərtəbəli yaxtada 2 helikopter meydançası, üzgüçülük hovuzu və SPA yerləri də var. İtaliyada yaxtanın baxım xərcləri 6 milyon avro olaraq hesablanır.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


