Kubada otelin dağıntıları altında qalanların axtarışı davam edir - VİDEO

   Kubada otelin dağıntıları altında qalanların axtarışı davam edir -    VİDEO
  07 May 2022    Oxunub:867
Kubanın paytaxtı Havanada "Saratoga" otelinin dağıntıları altında sağ qalanların axtarışı davam edir. Ərazidə xilasedicilər, yanğınsöndürənlər, tibb işçiləri və polis fasiləsiz şəkildə çalışır.
Prezident administrasiyasının yaydığı məlumata görə, oteldə baş verən partlayış nəticəsində ölənlərin sayı 22-yə çatıb. Onlardan biri uşaqdır. 64 nəfər isə xəstəxanaya yerləşdirilib.

- Baş verənlər faciədir, biz daşların altında hələ də sağ qala biləcək insanların olduğunu anlayaraq gücsüzlüyümüzü hiss edirik, - yerli sakin RİA Novosti-yə deyib.

Qeyd edilir ki, hadisə yerində xüsusilə də kinoloqlar aktiv şəkildə işləyirlər. Qızıl Xaç Cəmiyyətinin xilasedicilərindən biri də agentliyə bildirib ki, dağıntılar altında hələ də insanlar var.

Xatırladaq ki, cümə günü səhər saatlarında Havanadakı "Saratoga" otelində qaz sızmasından partlayış baş verib. Partlayış dalğası binanın beşinci mərtəbəsinə qədər fasadını dağıdıb, qonşu binalara da ziyan vurub. Hakimiyyət hadisəni qəza adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kuba  



Xəbər lenti