Qadınlar Paşinyana "Pampers" gətirdilər - VİDEO+Fotolar

   Qadınlar Paşinyana "Pampers" gətirdilər -    VİDEO+Fotolar
  07 May 2022    Oxunub:1048
Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları zamanı gülməli hadisə baş verib. AzVision.az xəbər verir ki, yerli media İrəvanda yürüş keçirən etirazçı qadınların Baqramyan prospektinə çatandan sonra hakim partiyanın deputatlarını təhqir etdiyini yazıb.
Etirazçılar Anna Akopyana bəzək əşyaları gətirdilər - VİDEO
Onlar deputatlar və ölkə rəhbəri Nikol Paşinyan üçün "Pampers"lər gətirdiklərini bəyan ediblər.

- Deputatların qorxusunu nəzərə alaraq onlara uşaq bezlərimizi gətirdik. Bura, qapının yanına qoyacayıq ki, biz gedəndən sonra çıxıb götürə bilsinlər. Deputatlar üçün 71, Paşinyan üçün isə 7 bez qoyuruq, - etirazçılardan biri çıxışı zamanı deyb.

Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir. Etirazçılar hakimiyyətin yürütdüyü siyasətin ölkəni, dövlətçiliyi məhvə apardığını bəyan edirlər. Ona görə də müxalifət iqtidarın hakimiyyət kürsüsünü təhvil verməsini tələb edir.





Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Aksiya   Paşinyan  



Xəbər lenti