Rusiya Müdafiə Nazirliyi mərasimin məşqində 11 min əsgər, 131 müasir hərbi texnika, həmçinin T-34-85 tanklarının iştirak etdiyini açıqlayıb. Rusiya Hərbi Hava Qüvvələri məşqə 77 təyyarə və helikopterlə qatılıb.
Rusiya prezidenti Vladimir Putinin “Qiyamət təyyarəsi və ya uçan Kreml” adlanan “İl-80” müşayiət qrupu ilə Moskva üzərində məşq keçirib. "İl-80" nüvə müharibəsi başlayarsa, Putinə müharibəni davam etdirməyə imkan verən fövqəladə strateji avadanlıqlara malik Rusiya istehsalı olan təyyarə kimi tanınır.
Qərb mətbuatında Rusiya üçün tarixi önəmə sahib olan 9 mayda işğala son qoyacağı və ya tamamilə müharibə elan edəcəyi qeyd edilir.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


