Pensiya Fondu İlon Maskı məhkəməyə verib
İddia Delaver ştatının məhkəməsinə verilib. Fond şirkətin səhmdarlarından biridir. O, təkid edir ki, ştat qanunlarına görə, səhmlərin üçdə ikisinin sahiblərinin razılığı olmadan Mask 2025-ci ilə qədər “Twitter”im alınması ilə bağlı müqaviləni tamamlaya bilməz.
Məhkəmə sənədlərinə görə, Mask Twitter-in səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edir. “Twitter” məlumata münasibət bildirməyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


