Rusiya ABŞ və Aİ-dən Ukraynaya gətirilən silahları “İsgəndər”ilə vurub
“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.”, - Konaşenkov bildirib.
Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna ordsunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını, “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


