ABŞ Yunanıstandan S-300 raketlərini Kiyevə verməsini tələb edir

ABŞ Yunanıstandan S-300 raketlərini Kiyevə verməsini tələb edir
  07 May 2022    Oxunub:1183
ABŞ Kiyevə hərbi yardım göstərmək üçün Yunanıstana təzyiqi artırır.
AzVision.az xəbər verir ki, bu barədə Yunanıstan mediasıı yazıb.

Qeyd olunub ki, ABŞ Yunanıstandan Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini (S-300) Ukraynaya təhvil verilməsini istəyir.

Nəşrin yazdığına görə, Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi məsələsi artıq Vaşinqton tərəfindən gündəmə gətirilib, lakin Yunanıstan tərəfi bundan imtina edib.

“Ukraynalılar bu hava hücumundan müdafiə sistemini çox yaxşı bilirlər və onu dərhal öz arsenallarına inteqrasiya edə bilərlər. Slovakiya Çexoslovakiyanın dağılmasından sonra malik olduğu S-300 hava hücumundan müdafiə sistemlərini ötən ay artıq Ukraynaya təhvil verib. ABŞ da Yunanıstandan oxşar addım gözləyir”.

AzVision.az



Teqlər: Yunanıstan   S-300  



Xəbər lenti