Ən ucuz narkotik: İşlənmiş uşaq bezi
Hətta ucuz narkotiklər də həyatın dibindəki insanlar üçün baha olduğundan, onlar alternativ variantlar axtırırlar. Bunlardan biri kimi istifadə olunmuş uşaq bezləri son vaxtlar sürətlə populyarlaşıb.
Uşaq pamperslərində suyu özündə saxlayan maddə kimi sodium poliakrilatdan istifadə olunur. Eyni maddə bəzi başqa sanitar vasitələrdə də var. Onu çıxarmaq üçün sadəcə pampersləri yığıb qaynadırlar. Təzə pampers baha olduğundan, işlənmişlər daha populyardır.
İşlənmiş pamperslər qaynadılan zaman alınan buxarı nəfəsə çəkmək yerli narkomanların sözünə görə, “güclü hal gətirir”. Bəziləri hətta qaynadandan sonra alınan məhlulu içirlər də. Deyilənə görə, bu zaman psixoldelik effekt daha güclü olur, insan özünü bədənindən çıxmış kimi hiss edir.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Narkomaniya Həyatın-dibi







Vaxtında, Aydın, Lazımlı!


