Baydenin həyat yoldaşı Ukraynaya getdi - VİDEO

   Baydenin həyat yoldaşı Ukraynaya getdi -  VİDEO
  08 May 2022    Oxunub:1820
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden bu gün Ukraynaya səfər edib. Bu barədə Zakarpat regional şurasının rəsmi Facebook səhifəsində məlumat verilib.
Bildirilib ki, Cill Bayden və Yelena Zelenskaya Ujqorodda məcburi köçkünlərin məskunlaşdırdıqları məktəbə baş çəkiblər. Birinci xanımın səfəri ABŞ-ın yüksək rütbəli rəsmilərinin Ukraynaya dəstəyinin nümayişidir.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və mediaya qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, – deyə məlumatda bildirilir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti