Kanadanın Baş naziri Ukraynaya gedib

   Kanadanın Baş naziri Ukraynaya gedib
  08 May 2022    Oxunub:988
Kanada Baş naziri Castin Trüdo Ukraynaya səfər edib. Bu barədə İrpenin meri Aleksandr Markuşin “Facebook” səhifəsində məlumat yayıb.

"Kanadanın Baş naziri Castin Trüdo ilə danışmaq şərəfinə nail oldum. O, rus işğalçılarının şəhərimizdə etdikləri bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpenə gəldi. Və təbii ki, o, şokda idi. Axı, o, yanmış və tamamilə dağılmış hərbi obyektləri deyil, yaxın vaxtlara qədər həyatdan zövq alan və gələcək üçün öz planları olan İrpen sakinlərinin evlərini gördü”, - Markuşin bildirib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti