"Dünya ən böyük aclıqla üzləşə bilər" - Almaniyalı nazir

   "Dünya ən böyük aclıqla üzləşə bilər" -  Almaniyalı nazir
  08 May 2022    Oxunub:945
"Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən bəri ən pis aclığa səbəb ola bilər". AzVision.az xəbər verir ki, bunu Bild-ə müsahibəsində Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze deyib.
O bildirib ki, aclıq milyonlarla qurbanın verilməsinə səbəb ola bilər. Nazirin sözlərinə görə, dünyada ərzaqların qiymətləri üçdə bir artıb və rekord səviyyədədir.

Şulze həmçinin qeyd edib ki, Ümumdünya Ərzaq Proqramına görə, dünyada 300 milyon insan aclıqdan əziyyət çəkir və bu rəqəmlər artmağa doğru gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti