G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmaq öhdəliyi götürdü

   G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmaq öhdəliyi götürdü
  08 May 2022    Oxunub:998
G7 ("Böyük Yeddilik")ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya ona embarqo tətbiq etmək öhdəliyi götürüblər.
Bu barədə Ağ Evin bazar günü yaydığı bəyanatda bildirilir. Sənəddə qeyd edilir ki, G7-yə üzv ölkələr Rusiya neftinin idxalını dayandırmaq və Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq niyyətindədirlər.

"Birləşmiş Ştatlar artıq Rusiya nefti, qazı və kömürünün idxalına qadağa qoyub. Bu gün bütün G7 Rusiya neftinin idxalını tədricən dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüb.

Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək".

G7 qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səyləri gücləndirmək, sabit qlobal enerji təchizatını təmin etmək üçün birlikdə işləmək öhdəliyi götürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti