Tehranda əhaliyə xəbərdarlıq edildi: "Çölə çıxmayın"
Tehran merinin müavini Abid Mələki verdiyi açıqlamada bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə fövqəladə hallar komitəsi yaradılıb. Uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblər bağlanıb.
Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsi reytinqində 12-ci yerdədir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


