Malaziya Ukrayna ilə bağlı məsələdə neytraldır

Malaziya Ukrayna ilə bağlı məsələdə neytraldır
  09 May 2022    Oxunub:3282
“Malayziya prinsip etibarı ilə heç kimə qarşı birtərəfli sanksiyalar tətbiq etmir”.
AzVision.az xəbər verir ki, bunu Malaziyanın xarici işlər naziri Seyfəddin Abdulla bildirib. “Bu, Malayziya üçün həmişə fundamental olub. Əgər sanksiyalar elan olunarsa, onlar BMT-dən keçməlidirlər və əgər BMT sanksiyalarla bağlı qətnamə qəbul edərsə, o zaman BMT-nin üzvü kimi siz bu qərara hörmət etməli və həyata keçirməlisiniz”, - nazir bildirib.

Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyata toxunan nazir deyib ki, Malayziya münaqişə tərəflərinin heç birinə qoşulmur: “Biz hər iki tərəfi münaqişəyə son qoymağa çağırmaqda davam edirik. Bilirik ki, münaqişənin sona çatması üçün hər iki tərəf üçün səy göstərən insanlar var. Biz o dərəcədə bu prosesdə iştirak etmirik, lakin müxtəlif aktorlarla əlaqə saxlayırıq. Bunun üzərində fəal işləyirik”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Malaziya  



Xəbər lenti