Finlandiya tezliklə NATO-ya üzvlük üçün müraciət edəcək
“Finlandiya Prezidenti açıq şəkildə bildirib ki, o, öz mövqeyini cümə axşamı, mayın 12-də açıqlayacaq. Bu, yəqin ki, baş nazirin də şəxsi fikrini bildirəcəyi gün olacaq. Hazırda çox güman ki, nəticəsi (bu prosesin) NATO-ya üzvlük üçün əlverişli olacaq və biz tez bir zamanda müraciət edəcəyik”, - nazir Fransanın “Monde” qəzetinə deyib. O, əlavə edib ki, ölkə NATO-ya qoşulmağa cavab olaraq Rusiyadan hərbi hücum gözləmir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: NATO







Vaxtında, Aydın, Lazımlı!


