Finlandiya tezliklə NATO-ya üzvlük üçün müraciət edəcək

   Finlandiya tezliklə NATO-ya üzvlük üçün müraciət edəcək
  09 May 2022    Oxunub:869
“Güman edirəm ki, Finlandiya NATO-ya üzv olmaq üçün tez bir zamanda müraciət edəcək”.
AzVision.az xəbər verir ki, bunu Finlandiyanın dövlət əmlakı və Aİ ilə əlaqələr naziri Tyutti Tuppuraynen bildirib.

“Finlandiya Prezidenti açıq şəkildə bildirib ki, o, öz mövqeyini cümə axşamı, mayın 12-də açıqlayacaq. Bu, yəqin ki, baş nazirin də şəxsi fikrini bildirəcəyi gün olacaq. Hazırda çox güman ki, nəticəsi (bu prosesin) NATO-ya üzvlük üçün əlverişli olacaq və biz tez bir zamanda müraciət edəcəyik”, - nazir Fransanın “Monde” qəzetinə deyib. O, əlavə edib ki, ölkə NATO-ya qoşulmağa cavab olaraq Rusiyadan hərbi hücum gözləmir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: NATO  



Xəbər lenti