Almaniyanın XİN rəhbərinə yumurta atıldı

 Almaniyanın XİN rəhbərinə yumurta atıldı
  09 May 2022    Oxunub:655
Almaniyanın xarici işlər naziri Annalena Berbok Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya) seçki mitinqində çıxış edərkən təhqir olunub.
DPA agentliyinin polis sözçüsünə istinadən verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinə çiy yumurta atılıb.

Hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, yumurta nazirə dəyməyib. Burboka yumurta atılandan sonra təhlükəsizlik işçiləri naziri qorumaq üçün səhnəyə qaçıb. Daha sonra siyasətçi çıxışına davam edib.Eyni zamanda bildirilir ki, polis qaydanı pozan şəxsi saxlayıb və ona cinayət işi açıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya   Yumurta  



Xəbər lenti