Polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb

Polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb
  09 May 2022    Oxunub:879
Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilmişdir. O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir.
Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuş və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilmişdir.

AzVision.az



Teqlər:





Xəbər lenti