Rusiyanın Polşadakı səfirinə hücum ediblər - VİDEO

   Rusiyanın Polşadakı səfirinə hücum ediblər -    VİDEO
  09 May 2022    Oxunub:1172
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev hücuma məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, o, Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoyarkən naməlum şəxs ona qırmızı boya atıb.
"Bazar ertəsi Andreev diplomatlar və həyat yoldaşının müşayiəti ilə Varşavanın Jvirki və Viqura küçəsindəki sovet əsgərlərinin xatirə qəbiristanlığına gəlib. Qəbiristanlıq ərazisinə əvvəlcədən toplaşan aqressiv polyaklar və ukraynalılar təhqiramiz şüarlar səsləndirərək onun yolunu kəsiblər. Onlar səfirin və onu müşayiət edən şəxslərin üzərinə qırmızı maddə tökməyə başlayıblar. Bir neçə toqquşma da baş verib", - məqalədə yazılıb.

Qeyd edilir ki, hücumdan dərhal sonra rusiyalı diplomat qəbiristanlığı əklil qoymadan tərk edib.



Tural Tağıyev
AzVision.az


Teqlər: Polşa   Rusiya   Səfir  



Xəbər lenti