Etirazçılar Maryam Paşinyanın naharını burnundan gətirdilər - VİDEO

   Etirazçılar Maryam Paşinyanın naharını burnundan gətirdilər -    VİDEO
  09 May 2022    Oxunub:1174
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın diqqət mərkəzinə düşüb. AzVision.az xəbər verir ki, saytlar restoranlardan birində nahar edən baş nazirin qızı Mariam Paşinyana qarşı aksiya keçirildiyini yazıb.
Paşinyanın qızı anım günü əsgər əvəzinə araq fotosu paylaşdı
"İnternetdə Ermənistanın baş nazirinin qızı Mariam Paşinyanın İrəvan kafelərindən birində nahar etməsini əks etdirən video yayılıb. Videonu maraqlı edən amil isə onun nə yeməyi deyil, yoldan keçənlərin Mariama etiraz etməsidir. Məlumata görə etirazçılar baş nazirin qızının orada nahar edəcəyini əvvəlcədən bilməyiblər. İnsanlar sadəcə ərazidən keçərkən Mariamı görüblər və atasının, özünün əleyhinə şüarlar səsləndiriblər. “Türksüz Ermənistan” şüarları ətrafı bürüyüb", - məqalədə yazılıb.

Qeyd edək ki, Paşinyanın həyat yoldaşı ilə yanaşı, oğlu və qızı da erməni cəmiyyətində ən çox etiraz edilən şəxslərdən sayılır.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Etiraz   İrəvan  



Xəbər lenti