"Belarusların Rusiyanı dəstəkləməmək haqqı yoxdur" - Lukaşenko

   "Belarusların Rusiyanı dəstəkləməmək haqqı yoxdur" -    Lukaşenko
  09 May 2022    Oxunub:969
Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyameylli açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, belarusların Rusiyanı dəstəkləməməyə haqqı yoxdur deyib.
Lukaşenkonun sözlərinə görə, bu ölkələr həmişə bir yerdə olub, Qərb onları ayıra bilməyəcək.

- Belarusların Rusiyanı dəstəkləməməyə haqqı yoxdur. Biz həmişə bir yerdə olmuşuq, həmişə birləşmişik. Siz bizi parçalayıb ayıra bilməyəcəksiniz, - Lukaşenko Minskdə əklil Qələbə abidəsinə əklil qoyma mərasimində Qərb ölkələrinə müraciət edərkən deyib.

O qeyd edib ki, Minsk Rusiyaya bundan sonra da hər cür dəstək göstərəcək.
Lukaşenka Qərb ölkələrinə üz tutaraq, ritorik şəkildə “Bir-birinizə qulaq asıb dayanmağın vaxtı deyilmi?” sualını verib.

- Axı heç biriniz müharibə istəmirsiniz. Lakin Avropa paytaxtları bunun baş verməsi üçün hər şeyi edib. İndi heç kimə sirr deyil ki, bütün Qərb dünyası Ukraynada Rusiyaya qarşı vuruşur. Biz isə Rusiyanı dəstəklədiyimizə görə qınanırıq, - prezident qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   Rusiya  



Xəbər lenti