İrəvanda polis jurnalistə hücum edib
“Aravot” nəşrinin redaktoru Anna İsraelyan məqalə yazaraq qeyd edib ki, polis aksiya zamanı ona hücum edibmiş. O, dərc etdiyi fotoda həmin polisi təqdim edib. Anna “Bu qara geyimli mayor mayın 6-da etirazçıların Qələbə körpüsünə geri çəkilməsində fəal iştirak edənlərdən biri olub. Görünür o ondan əvvəl jurnalistlərin işini pozan bəzi həmkarlarının məsuliyyətə cəlb edilməməsindən ruhlanır. Bu polisin hərəkətləri kameralara düşüb, jurnalisti onun şəklini çəkməməsi ilə hədələyib və kameranı vurub”, - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


