Ukraynanın əfsanəvi pilotu həlak oldu

   Ukraynanın əfsanəvi pilotu həlak oldu
  09 May 2022    Oxunub:1256
Mayın 7-də Ukraynanın ən yaxşı pilotlarından sayılan, Hərbi Dəniz Qüvvələrinin 10-cu Sak Briqadasının keçmiş komandiri, polkovnik İqor Bedzay həlak olub.AzVision.az xəbər verir ki, bu barədə “Dumskaya” nəşri məlumat yayıb. Həmçinin, faktı “Salamat geri dön” fondunun direktoru Taras Çmut da təsdiqləyib.
Nikolaevdən olan Bedzay haqqında hələ sağlığında əfsanələr dolaşırmış. Onu hərbi vəzifəyə sədaqət nümunəsi adlandırırdılar.

Xatırladaq ki, 2014-cü ildə Krımın işğalından sonra 10-cu Dəniz Aviasiya Briqadası Silahlı Qüvvələrin hərbi texnikasını ilhaq edilmiş yarımadadan çıxarmağa nail olan yeganə bölmə olub. Əməliyyata Bedzay rəhbərlik edib.

Taras Çmut ölümlə bağlı qeyd edib ki, "əslində İqor Bedzayın rəhbərliyi sayəsində biz dəniz aviasiyasını qoruyub saxlamışıq".

O bildirib ki, pilot Mi-14 dəniz helikopterinin ekipajının tərkibində döyüş tapşırığını yerinə yetirərkən Rusiya qırıcısından atılan raket zərbəsindən sonra həlak olub.

- O, sevdiyi və qoruduğu səmada öldü, - Çmut yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti