Məhkəmə Fransanın keçmiş baş nazirinə bir il iş kəsdi

Məhkəmə Fransanın keçmiş baş nazirinə bir il iş kəsdi
  09 May 2022    Oxunub:813
Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyonu həyat yoldaşını qondarma işə götürməsi işi üzrə bir il müddətinə azadlıqdan məhrum edib. AzVision.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Paris Apellyasiya Məhkəməsi həmçinin Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə, korporativ aktivlərdən sui-istifadədə iştirakda və onları gizlətməkdə təqsirli bilib.
Keçmiş hökumət başçısının arvadı Penelopa Fiyon iki il şərti cəzaya məhkum edilib.

Xatırladaq ki, 2020-ci ilin iyununda Paris məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib və beş il müddətinə azadlıqdan məhrum edib. Fiyon 375 min avro cərimə və seçkili vəzifə tutmaq üçün on il müddətinə qadağaya məruz qalıb. Onun həyat yoldaşı Penelopa isə dövlət vəsaitlərinin mənimsənilməsinə şərik olmaqda və gizlətməkdə təqsirli bilinib. O, üç il şərti həbs və 375 min avro məbləğində cərimə cəzasına məhkum edilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  



Xəbər lenti