20-dən çox Rusiya hərbçisi əsir düşdü - VİDEO

   20-dən çox Rusiya hərbçisi əsir düşdü -    VİDEO
  09 May 2022    Oxunub:1001
Ukrayna hərbçiləri növbəti dəfə uğurlu əməliyyat həyata keçirərək xeyli sayda rusiyalı əsgəri əsir götürübər.AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, rus hərbçilər Xarkov vilayətində təslim olublar.

"Ukrayna silahlı qüvvələri onları mühasirəyə alıb və əsgərlərin başqa cür hərəkət etmələrinə imkan verməyib. Fevralın 24-ü axşam saatlarında Çirkunı kəndi döyüşsüz ruslar tərəfindən tutulmuşdu. Ukraynalı müdafiəçilər əks hücuma keçərək Xarkov vilayətinin yaşayış məntəqələrini təmizləməyə başladıqdan sonra işğalçılar keçmiş hava hücumundan müdafiə bölməsinin bunkerində məskunlaşıblar. Beləcə onlar 92-ci briqadanın əsgərləri tərəfindən mühasirəyə alınıblar. Nəticədə hərbçilərimiz 21 rus əsgərini əsir götürüb", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti