Ermənilər Moskvadakı yürüşdə Azərbaycan rəqsi oynadılar - VİDEO

   Ermənilər Moskvadakı yürüşdə Azərbaycan rəqsi oynadılar -    VİDEO
  09 May 2022    Oxunub:2087
Rusiya erməniləri Moskvada keçirilən Qələbə yürüşü zamanı təxribata əl atıblar. AzVision.az xəbər verir ki, onlar Azərbaycanın milli rəqsi olan "Köçəri"ni ifa ediblər.
"Rusiyadakı erməni icmasının nümayəndələri Moskvada keçirilən “Ölməz alay” yürüşündə iştirak edərkən "erməni milli rəqsi Koçari"ni oynayıblar. 1945-ci ildə Ermənistanın 89-cu Taman diviziyasının əsgərləri də məğlub olmuş Reyxstaqın divarları önündə rəqs edirdilər", - yerli media məlum təxribatla bağlı yazıb.

Qeyd edək ki, ermənilər Azərbaycan musiqiləri və mətbəxi ilə yanaşı, milli rəqslərini də özününküləşdirməyə çalışır. Onlar bu istiqamətdə xarici tədbir və sərgilərdə bir neçə dəfə təxribatlar da törədiblər.



Tural Tağıyev
AzVision.az



Teqlər: Rəqs   Moskva  



Xəbər lenti