"Bizə şans vermədilər" - Putin

   "Bizə şans vermədilər" -    Putin
  09 May 2022    Oxunub:790
"Əgər bu problemi başqa, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, biz ,əlbəttə, bu şansdan istifadə edərdik. Amma onlar bizə bu şansı vermədilər. Başqa seçimimiz yox idi".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qələbə günü Donbassda həlak olan Sparta batalyonunun komandiri Vladimir Coqanın atası Artyom Coqa ilə görüşü zamanı deyib. Putin Artem Coqaya ölümündən sonra oğluna verilən Rusiya Qəhrəmanı ulduzunu təqdim edib. Daha sonra o əlavə edib ki, Rusiya həbçiləri cəsarətlə, qəhrəmancasına, və peşəkarcasına döyüşürlər.

"Bütün nəzərdə tutulan planlar yerinə yetirilir, nəticə əldə olunacaq. Buna heç bir şübhə yoxdur", - Rusiya Prezidenti vurğulayıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti