Avstraliya 8 milyardlıq yeni helikopterlər alır

   Avstraliya 8 milyardlıq yeni helikopterlər alır
  09 May 2022    Oxunub:1231
Avstraliya 12 yeni “MH-60R Seahawk/Romeo” dəniz helikopteri və 29 “AH-64E Apache” kəşfiyyat helikopteri alacaq.
AzVision.az xəbər verir ki, bunu ölkənin Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, müqavilənin ümumi məbləği 8 milyard Avstraliya dollarını (5,6 milyard dollar) keçəcək.

Onun sözlərinə görə, daha 850 milyon Avstraliya dolları (595,4 milyon dollar) ölkənin Müdafiə Nazirliyinə yeni texnikaya xidmət və hərbi bazaların modernləşdirilməsi üçün ayrılacaq. Gözlənildiyi kimi, alınmış hərbi texnikanın Avstraliyaya tədarükü 2025-ci ildə başlayacaq.

AzVision.az



Teqlər: Avstraliya  



Xəbər lenti