Marşal Konev Praqanın fəxri vətəndaşı statusundan məhrum edilib

   Marşal Konev Praqanın fəxri vətəndaşı statusundan məhrum edilib
  09 May 2022    Oxunub:652
Mayın 9-da Praqa bələdiyyəsi Sovet İttifaqının marşalı İvan Konevi 1945-ci il iyunun 6-da ona verilən fəxri vətəndaş statusundan məhrum edib. AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, belə təşəbbüslə Çexiya paytaxtının meri Zdenek Hrib çıxış edib. Bu addımın səbəbi kimi hərbi rəhbərin Üçüncü Reyxin təslim olmasından sonrakı fəaliyyəti, o cümlədən 1956-cı ildə Macarıstanda anti-kommunist qiyamının yatırılmasında iştirakı göstərilir.

Xatırladaq ki, bu ilin martında Praqa şəhər şurası Rusiya səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirilməsinə qərar vermişdi. Korunovaçnı küçəsinin diplomatik nümayəndəliyin binasının yerləşdiyi bir hissəsi Ukrayna Qəhrəmanları Küçəsi adlanacağı deyilridi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Marşal   Çexiya  





Xəbər lenti