Rusların İT ümidi

// Ölkədən getmək istəyənlərin İT-ixtisaslara marağı kəskin artıb

   Rusların İT ümidi
  09 May 2022    Oxunub:1280
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ruslar İT peşələri üzrə təlimlərə daha çox maraq göstərməyə başlayıblar. “Tinkoff Data”nın məlumatına görə, 2022-ci ilin mart və aprel aylarında İT sahəsində təhsil kurslarına (inkişaf, dizayn, analitika və digər sahələr) ayrılan xərclərin orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 30-40% artıb.
Bu sahədə satış da eyni miqdarda çoxalıb. Səbəb odur ki, insanlar “yaşadıqları ölkədən və zamandan asılı olmayaraq universal peşə”ləri öyrənməyə çalışırlar.

Mütəxəssislər isə hesab edirlər ki, qısamüddətli təlimlər kadr problemini həll etməyəcək, çünki "xırda işçilərin maaş istəkləri çox zaman onların təcrübə və bacarıqlarına uyğun olmur". Qısamüddətli kurslar bir ixtisasdan digərinə keçmək istəyən təcrübəli və ali təhsilli mütəxəssislər üçün faydalı ola bilər.

Təhsilləri öyrənmək istədikləri yeni peşədən uzaq olan insanlara kurslar yalnız ümumi anlayış verə bilər. Ona görə də İT şirkətləri bu kursların sertifikatına elə də əhəmiyyət vermirlər.

N.Quliyev
AzVision.az



Teqlər: Rusiya   İT  



Xəbər lenti