"Ukrayna xalqının istəklərinə hörmət edirik" - Şarl Mişel

   "Ukrayna xalqının istəklərinə hörmət edirik" -    Şarl Mişel
  09 May 2022    Oxunub:841
Avropa İttifaqı (Aİ) əmindir ki, Ukrayna Aİ-nin layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcək. Brüssel ukraynalıların demokratik dəyərlərə olan istəyinə hörmətlə yanaşır.
AzVision.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu fikri Odessada Ukraynanın Baş naziri Denis Şmıqalla görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. "Biz Ukrayna xalqının Maydanda atılan demokratik dünya dəyərlərinə doğru istəklərinə hörmət edirik. İnanırıq ki, siz Avropa İttifaqının layiqli üzvü olmaq üçün lazım olan hər şeyi edəcəksiniz", - deyə Şmıqal əlavə edib.

Xatırladaq ki, bu gün Ukrayna Aİ üzvlüyünə namizəd ölkə statusunu almaq üçün sorğunun ikinci hissəsini doldurub.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti