Filippində prezident seçkiləri: Keçmiş diktatorun oğlu liderdir

   Filippində prezident seçkiləri:    Keçmiş diktatorun oğlu liderdir
  09 May 2022    Oxunub:1072
Filippində keçirilən prezident seçkilərində keçmiş diktator Ferdinand Markosun oğlu səslərin 68,27 faizini toplayaraq liderdir.
AzVision.az xəbər verir ki, atasının adını daşıyan Ferdinand Markos 22,4 milyondan çox səs, vitse-prezident xanım Leni Robredo 10,6 milyon səs toplaya bilib. Üçüncü yerdə səslərin 2 milyonun toplayan senator və keçmiş peşəkar boksçu Menni Pakyo gəlir.

Qeyd edək ki, mayın 9-da 13 saat ərzində filippinlilər təkcə prezidenti deyil, həm də vitse-prezidenti, senatorları, konqresmenləri və minlərlə başqa menecerləri seçiblər. Hazırkı prezident, konstitusiyaya görə yenidən seçilə bilməyən 77 yaşlı R.Duterte iyunun 30-da vəzifəsini tərk edəcək.

AzVision.az


Teqlər: Filippin  



Xəbər lenti