Ukrayna sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib

Ukrayna sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib
  09 May 2022    Oxunub:1084
Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanışina bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun doldurulmuş ikinci hissəsini Aİ-yə təqdim edib.
AzVision.az xəbər verir ki, bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirilib. Sorğunun ikinci hissəsinin cavabları təxminən 4 min səhifədir və burada Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi 8 il ərzində Ukrayna qanunvericiliyinin vəziyyəti təsvir olunub. Stefanişina ayın sonunda müsbət nəticələr gözlənildiyini vurğulayıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti