ABŞ Ukraynaya limitsiz silah verəcək

  ABŞ Ukraynaya limitsiz silah verəcək
  09 May 2022    Oxunub:1904
ABŞ Prezidenti Cozef Bayden daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilən Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qanun layihəsi Cozef Baydenə Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlər verəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan hərbi materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.


AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti