Azərbaycan Kosta Rika prezidentinin andiçmə mərasimində təmsil olunub
Prezident R.Çaves hökumətinin Kosta Rikanın Azərbaycanla arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Mərasimdə iştirak edən Kosta Rikanın yeni Xarici Əlaqələr və Etiqad naziri Arnoldo Andre Tinoko ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Kosta Rika Konqresinin sədri Rodriqo Arias Sançes ilə baş tutmuş söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin vacibliyi vurğulanıb.
Həmçinin, mərasimdə iştirak edən Kolumbiya Respublikasının prezidenti İvan Duke və Panama Respublikasının prezidenti Laurentino Kortizo ilə səfir Məmməd Talıbov arasında baş tutmuş söhbət zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamları çatdırılıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Kosta-Rika







Vaxtında, Aydın, Lazımlı!


