Ağ Ev Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlamadı

   Ağ Ev Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlamadı
  10 May 2022    Oxunub:1174
ABŞ administrasiyası Ukraynadakı müharibənin diplomatik razılaşmalar yolu ilə həllinin tərəfdarıdır, lakin Vaşinqton Rusiyaya qarşı məhdudiyyətlərin hansı şərtlər altında qaldırılacağına aydınlıq gətirməyə hazır deyil. AzVision.az xəbər verir ki, bu mövqeyi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O, Moskva və Kiyev arasında razılaşmaların anti-Rusiya sanksiyalarının ləğvi üçün kifayət edib-etməməsi sualına cavabında deyib: “Mən buradan bu barədə danışıqlar aparmayacağam”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti