MTX 80-dən çox erməni müxalifətçini dinləyir
"Bundan öncə məlumat yaymışdıq ki, müxalifətə telefon dinləmə proqramları göndərilir. Söhbət İsrailin “Pegasus” casus proqramından gedir, onunla hökumət müxalifəti dinləməyə çalışır. Proqram ictimai və siyasi xadimlərin telefonlarına SMS şəklində fayl göndərir. Telefon beləcə videoregistratora, qeyd cihazına, məlumat ötürən aparata çevrilir. Son günlər isə bir çox insan çətin vəziyyətə düşüb. MTX-dəki mənbələrimiz deyir ki, indiyədək 80-dən çox müxalif fəal artıq proqramı öz telefonlarına yükləyib. Yəni hökumət müxalifəti dinləmək üçün on minlərlə dollar xərcləyib", - məqalədə yazılıb.
Qeyd edilir ki, bu proqramı bir telefona yükləmək İsrail şirkətinə 10-12 min dollara başa gəlir.
“Bundan əlavə, Milli Təhlükəsizlik Xidmətinin bu günlərdə gərgin iş qrafikində işlədiyi, gündə 4-5 dəfə Nikol Paşinyana ölkədəki xaotik vəziyyət barədə məlumat verir”, - müəllif yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Müxalifət Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


