Paşinyan Tumanyanı 4 günlük İrana göndərir

Paşinyan Tumanyanı 4 günlük İrana göndərir
  10 May 2022    Oxunub:641
Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan İranda uzun müddətli səfərdə olacaq. AzVision.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd edilir ki, Tumanyan martın 12-16-da Tehranda qalacaq. O, “Iran Oil Show 2022” beynəlxalq neft, qaz, emal məhsulları və neft-kimya sərgisində iştirak edəcək.

Xatırladaq ki, Artaşes Tumanyan Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramı üzrə işçi qrupunun rəhbəridir. O, keçmişdə uzun illər Ermənistanın İrandakı səfiri vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti