|
| İstintaq Komitəsi qocaları döyən daşnakları axtarır |
Qor Sarkisyan, Taron Manukyan Ermənistan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 129-cu maddəsi ilə həbs edilib, Arsen Martoyan təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir", - məlumatda deyilir.
Xatırladaq ki, internetdə bir qrup gəncin qoca kişiləri döyməsi ilə bağlı video yayılmışdı. Onlar avtomobildən düşərək Gümrünün Yerçanyan şossesindəki dayanacaqda dayanan qocalara döymüşdülər. Məlum olub ki, gənclərin cinayət əməllərinin qurbanı 74, 56, 72 və 84 yaşlı vətəndaşlar olub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


