Həştərxan-Bakı reysi bərpa edilir

Həştərxan-Bakı reysi    bərpa edilir
  10 May 2022    Oxunub:1017
Gələn aydan Rusiyanın Həştərxan şəhəri ilə Bakı arasında birbaşa uçuşlar işə düşəcək.
AzVision.az xəbər verir ki, bunu vilayətin qubernatoru İqor Babuşkin öz "Telegram" kanalında yazıb.

Qubernator bildirib ki, reyslər həftədə iki dəfə Rusiyanın "Azimut" avişirkəti tərəfindən həyata keçiriləcək.

Bundan başqa, qeyd olunub ki, Bakıda Həştərxan vilayətinin firma mağazalarının açılması planlaşdırılır.

AzVision.az



Teqlər:



Xəbər lenti