Təl-Əviv-İstanbul təyyarəsi sərnişinlərə göndərilən şəkil səbəbiylə geri döndü

Təl-Əviv-İstanbul təyyarəsi sərnişinlərə göndərilən şəkil səbəbiylə geri döndü
  10 May 2022    Oxunub:933
Təl-Əviv-İstanbul reysi bəzi sərnişinlərə təyyarə qəzasını əks etdirən fotoşəkil gəldiyi üçün dayandırılıb. AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti məlumat yayıb.
Bildirilir ki, Təl-Əviv-İstanbul reysini həyata keçirən "Anadolujet"ə məxsus TK-7709 reysi ilə uçan təyyarə havaya qalxmaq üçün uçuş-enmə zolağına doğru irəliləməyə başlayıb. Lakin sərnişinlər məlum vəziyyəti stüardessalara bildiriblər.

"Pilot-kapitan Ben Qurion hava limanının idarəetmə qülləsi ilə əlaqə saxlayıb və durumu onlara çatdırıb. Təyyarə təhlükəsizlik məqsədi ilə dayanacaqa qaytarılıb. Təhlükəsizlik qüvvələri təyyarəyə baxış keçirib. Hava gəmisində axtarış zamanı hər hansı neqativ hal aşkar edilməyib. Təyyarə 154 sərnişinlə saat 15:40-da Ben Qurion hava limanından havaya qalxıb", - nəşr qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Reys  



Xəbər lenti