Zaporojyeyə raket atılıb - FOTO

   Zaporojyeyə raket atılıb -    FOTO
  11 May 2022    Oxunub:913
Bu gün səhər saatlarında Ukraynanın Zaporojye bölgəsi raket atəşinə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
"Bu gün səhər saatlarında düşmən Zaporojyeni vurub. Zaporojye vilayətinin Müdafiə Qoşunlarının hava hücumundan müdafiə qüvvələri uğurla fəaliyyət göstərib. Raket rayon mərkəzinə yaxın yaşayış məntəqəsində infrastruktura zərər vurub, obyektin üzərində partlayıb. Obyektə ciddi ziyan dəyib", - məlumatda deyilir.
İlkin məlumata görə, ölən olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti