Ukrayna əsgərləri tank kolonunu məhv etdilər - VİDEO

   Ukrayna əsgərləri tank kolonunu məhv etdilər -    VİDEO
  11 May 2022    Oxunub:911
Ukrayna Ordusu Rusiya hərbçilərinə qarşı növbəti uğurlu əməliyyat reallaşdırıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, ukraynalı əsgərlər kənd yolunda rus tankları və zirehli texnikalarından ibarət kolonu pusquya salaraq onları tamamilə məhv ediblər. Ukrayna Quru Qoşunları və “Vostok” Əməliyyat Komandanlığının tərkibində olan 54-cü Mexanikləşdirilmiş Briqadanın "K2" döyüş qrupu reallaşdırdıqları əməliyyatla bağlı paylaşım edərək zarafat ediblər ki, “turistlər” ölkəyə “istirahət etmək” əvəzinə “ağır texnika” ilə gəliblər. Nəticə isə göz qabağındadır. Yerli saytlar bu uğurlu hücumun Ukraynanın şərqindəki Donetsk vilayətində baş verdiyini yazıblar.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti