Onlar orada nə çəkirlər? Ermənistan hakimiyyəti mitinqçiləri “narkoman” elan etdi

      Onlar orada nə çəkirlər?    Ermənistan hakimiyyəti mitinqçiləri “narkoman” elan etdi
  11 May 2022    Oxunub:2855
Ermənistanda keçirilən mitinqlər artıq hər iki tərəfin – həm iqtidarın, həm də müxalifətin gerçək simasını ortaya çıxarmağa başlayıb. Məsələn, Gümrüdə mitinq-yürüş zamanı “respublikaçılar” və “daşnaksütun” gənclərindən ibarət bir qrup 70-80 yaşlı ahıl insanlara hücum edərək, vəhşicəsinə döyüblər.


Bu kadrlar erməni müxalifətinin daşıdığı… daha doğrusu, daşımadığı mənəvi-əxlaqi dəyərləri açıq şəkildə ortaya qoyur. Amma iqtidar düşərgəsinin dəyərləri də bundan çox fərqlənmir. Onlar elə bil, bir ayaqqabının iki tayıdırlar.

Əvvəlcə mitinqlərə qarşı təmkinli davranış sərgiləməklə “demokrat” maskasını nümayiş etdirməyə çalışan Ermənistan hakimiyyətinin əsl simasını gizlətməsi getdikcə çətinləşir. Aksiyaçılara qarşı polis zorakılığının gündən-günə artması buna sübutdur. Daşnakların dinc aksiyaları davaya çevirməsi ilə Paşinyanı müşayiət edən polis maşınının hamilə qadını vurub kənara atmasının prinsipcə heç bir fərqi yoxdur.

Amma ən maraqlısı odur ki, hazırda Hollandiyada səfərdə olan Paşinyanın hakimiyyəti mitinqçiləri rəsmən “narkoman” adlandırmağa başlayıb. Maraqlıdır, görəsən bu ideya vorçapetin ağlına Hollandiyaya gedəndən sonra gəlib, yoxsa əvvəl?

Amma fakt budur ki, istintaq orqanları Fransa meydanındakı çadırda “oyanlıq” olan müxalifətçinin ölümünə səbəb kimi rəsmən həddindən artıq narkotik maddənin qəbuluni göstərdilər. Ondan sonra iqtidar mediası kütləvi şəkildə mitinqçiləri “narkoman” adlandırmağa başladı.

Hakimiyyətə yaxın “Bagramyan, 26” teleqram kanalı yazır: “Təəssüflə və təəccüblə deyirik ki, Fransa meydanında “Artsaxın xilası” adı altında qurulan çadırların bir qismi narkopriton kimi fəliyyət göstərir”.


Biz isə təəccüblənmirik. Çünki 44 günlük müharibədə darmadağın ediləndən sonra durub “Artsaxın xilası”ndan ayıq başla danışmaq mümkün deyil. Bunun üçün mütləq əvvəlcədən yaxşı hallanmaq lazımdır. Maraqlıdır, görəsən, ermənilər orada – öz çadırlarında nə çəkirlər?! Paşinyanın Hollandiyada çəkdiyindən, yoxsa, fərqli şeydir?

Tariyel Həsənov
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti